İcra başçısının həbs olunmuş müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir

BAKU.WS-in əldə etdiyi məlumata görə, icra başçısının həbs olunan humanitar məsələlər üzrə müavini Lalə Eyyubova Baş nazirin birinci müavini Yaqub Eyyubovun doğma qardaşı nəvəsidir.
Onun hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirildiyi bildirilir.
Qeyd edək ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu saxlanılıb.
BAKU.WS