Bakı meriyasının şöbə müdiri idarə rəisi təyin edildi

Bakı meriyasının şöbə müdiri idarə rəisi təyin edildi Bakı Şəhər İcra Hakimiyyəti (BŞIH) başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ayaz İmaməliyev vəzifəsindən azad edilib.
A. İmaməliyev BŞİH tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi təyin edilib.
Xatırladaq ki, A. İmaməliyev isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri, Səbail Rayon İcra Hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri olub, keçən ilin sentyabrında isə BŞİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.
Geri qayıt