Səttar Möhbalıyev beynəlxalq təşkilatın vitse-prezidenti seçildi

Səttar Möhbalıyev beynəlxalq təşkilatın vitse-prezidenti seçildi Belçikanın paytaxtı Brüsseldə Pan Avropa Regional Şurasının (PARŞ) 4-cü Baş Assambleyası keçirilib.

Azərbaycanı AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev təmsil edib.

Tədbirdə PARŞ-ın 2016-2019-cu illərdəki fəaliyyəti haqqında Hesabat və 2020-2023-cü illər üçün Siyasi sənəd müzakirə edilib.

Tədbir çərçivəsində, Baş Assambleyada Pan Avropa Regional Şurasının yeni rəhbərliyi və tərkibi seçilib. İ. Petriaşvili yenidən Pan Avropa Regional Şurasının prezidenti seçilib. Baş Assambleyada Səttar Möhbalıyev yeni müddətə qurumun vitse-prezidenti seçilib.

Bu münasibətlə PARŞ-ın rəhbərliyinə və üzvlərinə munnətdarlığını bildirən AHİK sədri özünün yenidən bu quruma vitse-prezident seçilməsini bütövlükdə Azərbaycan həmkarlar ittifaqlarının əməyinə verilən yüksək qiymət və etimad kimi dəyərləndirib.
Geri qayıt