Yanan bazarın Eldar Həsənova məxsus olduğu deyilir - İDDİA

Yanan bazarın Eldar Həsənova məxsus olduğu deyilir - İDDİA Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən və "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın baş verib. Bu barədə qaynarinfo xəbər verib.
Xəbərdə deyilir ki, hadisə yerinə 5 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) baş verən yanğın söndürülüb.

JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, "3-cü Mikrorayon Bazarı" Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənova məxsus olduğu deyilir. Bildirilir ki, həmin bazar sabiq baş projurorun yaxın qohumlarından biri tərəfindən idarə olunur.

Məlumatlarda o da deyilir ki, "3-cü Mikrorayon Bazarı" Eldar Həsənovun yeganə ticarət mərkəzi deyil. Həmçinin Sumqayıtda yerləşən və bir müddət əvvəl "Xəlifə" adlı ticarət mərkəzinə köçürülən "Şərq Bazarı"nın da hazırkı səfirə məxsus olduğu iddia olunur.
Geri qayıt