Məktəblilərin Yeni il tətili neçə gün olacaq?

Bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı nazirlik qərar verməyib:
"Hələlik həmin vaxta bir müddət var. Təhsil Naziliyindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat verəcək".