Adım bu siyahıya əlavə edilərsə, namizədliyimi verəcəm– Siyavuş Novruzov

Adım bu siyahıya əlavə edilərsə, namizədliyimi verəcəm– Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Azərbaycan Milli Məclisinə VI çağırış Parlament seçkilərinə qatılıb-qatılmayacağına münasibət bildirib.
S.Novruzov jurnalistlərə açıqlamasında qeyd edib ki, bu məsələ hələlik dəqiqləşməyib: “Mən YAP icra katibinin müavini və bu partiyanın üzvüyəm. Hazırda YAP 2020-ci il fevralın 9-da baş tutacaq parlament seçkilərinə üzvlərini müəyyənləşdirir. Əgər adım bu siyahıya əlavə edilərsə, mən də 2020-ci il fevralın 9-da baş tutacaq parlament seçkilərində iştirak edəcəm”.
Geri qayıt