Nazir müavininin adı qanunsuz işlərdə nə üçün hallanır?-VİDEO/FOTO

Nazir müavininin adı qanunsuz işlərdə nə üçün hallanır?-VİDEO/FOTO Son günlər ölkə rəhbərininin apardığı kadr islahatları bir çox vəzifə sahiblərinin canına üşütmə salıb. İllərlə müxtəlif vəzifələrə sahiblik edən bir çox məmurlar zənn edirdilər ki,oturduqları rahat kreslo onlara miras olaraq həvalə edilib. Amma,birdən-birə ölkə başçısı cənab İlham Əliyev tərəfindən atılan təqdirə laiq addım, bir çox harınlamış məmurların uzun-uzadı arzularını puç etdi.

Bu son deyil, hələ də vəzifəsinə laqeyid yanaşan bir çox məmur var ki,öz çirkin işlərindən əl çəkmir. Bu gün barəsində bəhs edəcəyimiz mövzu Ekalogiya və Təbii Sərvətlər Naziri Hörmətli Muxtar Babayevin yarıtmaz fəaliyyəti haqqında olacaq.
Bir neçə gün öncə “DogruXeber.az” informasiya agentliyinin redaksiyasına Oğuz rayon sakini Vəliyev Məzahir tərəfindən müraciət daxil olmuşdur. Rayon sakinininin redaksiyamıza təqdim etdiyi video rolikdə dəhşətli qanuna zidd ağac soyqırımının görüntüləri aşgar olunub.

Hər kəsə məlumdur ki,redaksiyamız bu kateqoriyada olan məlumatları dəfələrlə işıqlandırmışıq. Təəssüflər olsun ki,redaksiyamız tərəfindən dərc olunan qanun pozuntusu ilə bağlı məlumatlara qurum tərəfindən heç bir ciddi tədbir görülməmişdir. Hətta bir neçə dəfə nazirlik tərəfindən açıq-aydın meşə gözətçilərini himayə etdiklərinin şahidi olmuşuq.

Misal olaraq İsmayıllı rayon “Ruşan” meşəsini qeyd etmək olar. Məlumdur ki,sözü gedən meşədə ağacların kütləvi məhv olunması haqda bir çox video və aidio məlumatları dərc etmişdik. Hətta bu haqda Ekalogiya və Təbii Sərvətlər Nazirliyinə sorğuda ünvanlamışdıq. Amma nə fayda ,necə deyərlər “sən saydığını say gör Ekalogiya Nazir”yi nə sayır. İndi keçid alaq əsas mövzuya. Nazir müavininin adı nə üçün qanunsuz işlərdə hallanır sualına,kadırlardakı görüntüləri izlədikdən sonra sualın cavabı müəyyən olacaq.

Oğuz,Xaçmaz meşələri necə məhv olunur?

Oğuz meşəsindəki çoxyaşlı nəhəng ağacların acımadan,qorxu bilmədən kəsilmiş görüntüləri insanı dəhşətə gətirir. Bu gün ölkənin birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən ölkə ərazisində 650000 ağacın əkilməsinə dair tapşırıq verilmişdir. Verilən tapşırığa zidd gedən bir qrup işbazlar,nazirliyin səlahiyyətli nümayəndələri ilə əlbir olub meşədə,parket və mebel sahəsinə yararlı olan ağacları kəsib yaxında olan kəndlərdəki sexlərə aparırlar.

Sakinin bildirdiyinə görə bu qanunsuz işi həyata keçirənlər Eyvaz Əliyev,İlqar Qəribov və Ekalogiya Nazirliyinin 6 saylı regional idarəsinin müdiri Ziya Cəbrayılovdur. Və onların himayadarları isə nazir müavini Firdovsi Əliyev və onun həmyerlisi olan sadiq dostu Ağaqardaş Qaraşovdur. Nazir müavini Firdovsi Əliyevlə Ağaqardaş Qaraşovun sadiqliyi və dostluğu haradandır? O zaman kiçik xatırlatma edək ki,oxucular əziyyət çəkib 1995 və 2000-ci illərdə Firdovsi Əliyevin milli məclisin deputatı olduğunu və o dövrün dostluq izlərini araşdırmasınlar. Xatırladaq ki,F.Əliyev Lerik rayon Monidigah kəndində dünyaya göz açıb. Eyni zamanda İlqar Qəribov hazırda Qəbələ Meşə Təsərrüfatı mərkəzinin direktorudur. Yönətici rolunu həyata keçirən Eyvaz Əliyev isə Oğuz meşəsinin meşəbəyisidir.

Amma,bu yerdə vacibdir ki,daha bir önəmli məlumatı oxucularımızın diqqətinə çatdıraq ki,Ağaqardaş Qaraşovun bu sahədə uzun illər çalışdığını və hansı cinayətlərin iştirakçısı olduğunu bilsinlər. Sosial mediada gedən məlumatlarda qeyd olunur ki,1989-cu ildən 1993-cü ilədək Masallı meşəsində sahə rəisi işləyən A.Qaraşovun rəhbərlik etdiyi Qəriblər meşəliyində cətənə kolları aşkar olunmuşdur. Belə olduğu təqdirdə hər kəsin ağlına gələn fikir o olacaq ki,yəqin A.Qaraşov qanun qarşısında laiqli cəzasın almışdır. Əgər bu fikirdə olanlar varsa yanılıblar. Fikirlərin əksi olaraq A.Qaraşov 1993-cü ildən 2008-ci ilədək Masallı meşə idarəsində direktor vəzifəsində çalışıb. Hazırda isə Meşələrin İnkişafı Deportamentinin drektorudur.

Dəyərli izləyicilərimiz yuxarıda ilk olaraq diqqətinizə çatdırdığımız kadr islahatları ilə bağlı məlumatları əbəs yerə qeyd etməmişik. Ölkə başçısı cənab İ.Əliyev nöqsanlara yol verən və qanunun tələbinə zidd olan əməlləri törədən vəzifə sahiblərini işdən azad edir. Amma,Ekalogiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev gedişatın əksinə olaraq,keçmiş nazir Hüseyinqulu Bağırovun zamanında vəzifə səlahiyyətlərində ciddi nöqsanlara yol verdikləri üçün işdən azad edilən Ağaqardaş Qaraşov,İlqar Qəribov və Vüqar Sultanovu yenidən işə götürür. Yüksək vəzifələrə təkib olunan ayrlmaz üçlüklərin bəxt ulduzlarının parlaması bir daha köhnə dostluğun və həmyerliliyin sədalarından xəbər verir. Hətta verilən bəzi məlumatlarda bildirilir ki,keçmiş nazir H,Bağırovun dövründə Şabran rayon meşə idarəsinin müdri vəzifəsində çalışan Bəybala Allahyarov vəzifəsindəki buraxdığı nöqsana görə 70 c-si ilə tutduğu vəzifəsindən azad olunmuşdur. Verilən məlumatlara inansaq təxminən 7 (yeddi) ay sonra,yeni nazir M.Babayev tərəfindən Bəybala Allahyarovu Siyəzən meşə idarəsinə rəis təyin edilir. Meşə sahəsindən bir o qədər təcrübəsi olmayan B.Allahyarovu nə üçün və yaxud hansı qüvvə ilə təcrübəli mütəxəssis kimi tanınan Alim Əlizadənin yerinə qoyulduğu hələdə müəmmalıdır. Bu qərar çox çəkmir ki,qoruyucu mələklərin gücü sayəsində təcrübəsiz kimi tanınan B.Allahyarovun vəzifəsi bir daha yüksəlir. Beləliklə də Regional Meşə İdarəsinin müdri vəzifəsinə yiyələnir. Bu yerdə el arasında çox mşhur söv var "adamın adamı olsun gərək" deyərlər.

Hələ sizə kimdən deyim kimdən danışım meşə sahəsində dillərin dastanı olan Ağaqardaş Qaraşovla İlqar qəribovun tələbə yoldaşı olmaqla yanaşı kivrə olmalarından. Bu yaxın əlaqələr meşələrdə nələrin baş verə biləcəyindən xəbər verir.

Dəyərli oxucularımız bu və ya digər məlumatlar barədə növbəti buraxlışımızda geniş məlumatları diqqətinizə çatdıracağıq.
Bizi izləyin..!!

Adları qeyd olunan şəxsərin mövqeylərin dinləyib dərc etməyə hazırıq:

"DogruXeber.az"

Nazir müavininin adı qanunsuz işlərdə nə üçün hallanır?-VİDEO/FOTO






Geri qayıt