Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb 2019-cu il noyabr ayının 30-dan dekabr ayının 2-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

- Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 9 nəfər ölmüş, 5 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılmışdır.
Geri qayıt