Vilayət Eyvazov Azadəliyevi bu rayona rəis TƏYİN ETDİ

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) rəisi vəzifəsinə təyin edilib.