Yeni Ombudsman Milli Məclisdə and içib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) andiçmə mərasimi keçirilib...
Səsvermə nəticəsində Ombudsman seçilən Səbinə Əliyeva Milli Məclisdə and içib.
S. Əliyeva andiçmə mərasimi zamanı ölkə başçısına minnətdarlığını bildirib.
O parlament üzvlərinə də onu yeni Ombudsman seçdiklərinə görə təşəkkürünü çatıdırıb. “Sizə əmin etmək istərdim ki, ölkəmizdə Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycan Prezidenti cənab İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminə töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün səylərimi əsirgəməyəcəm. Vətəndaşların, əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan insanların bütün azadlıqlarının səmərəli qaydada təmin edilməsi İnsan Hüquqları üzrə Müvəkkilin işinin prioritet istiqaməti olacaq.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində hüquqları pozulmuş vətəndaşlarımızın müdafiəsi, işğal nəticəsində tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması bu işin mühüm tərkib hissələrindəndir”.
Geri qayıtSəsvermə nəticəsində Ombudsman seçilən Səbinə Əliyeva Milli Məclisdə and içib.