Milli Məclis Azərbaycanın yeni ombudsmanını seçəcək - Bu gün

Milli Məclis Azərbaycanın yeni ombudsmanını seçəcək - Bu gün Milli Məclisin bu gün keçiriləcək plenar iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsi müzakirəyə çıxarılacaq.

Ombudsman vəzifəsinə üç namizəd irəli sürülüb.

Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.
Geri qayıt