Asif Yusfli azadlığa çıxdı

Asif Yusfli azadlığa çıxdı Bu gün həbs müddəti başa çatan AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli azadlığa çıxıb.

A.Yusifli 2014-cü il noyabrın 25-də saxlanılıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib.

Ali Məhkəmə işdə olan yüngülləşdirici halları nəzərə alaraq 62-ci (minimum cəzadan aşağı həddi) maddəni tətbiq edib və cəza müddətini 6 ilə endirib. Qanuna dəyişikliklərdən sonra cəza 1 il də azaldılıb.
Geri qayıt