Prezident ona general rütbəsi verdi - SƏRƏNCAM

Prezident ona general rütbəsi verdi - SƏRƏNCAM Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Vaqif oğlu Ziyadova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rəisinin müavini Orxan Əziz oğlu Qasımova isə ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Geri qayıt