Fizuli Məmmədov Azərbaycandan qovulub? – deputat olmaq istəyirmiş/VİDEO

Həmsöhbətimizin sözlərinə görə, F.Məmmədovun bir daha Azərbaycana gəlib-gəlməyəcəyi ciddi sual altındadır, çünki sonuncu səfəri zamanı o, demək olar ki, ölkədən qovulub: “Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmaq, parlament seçkilərinə qatılmaq fikrində idi. Özü də planı bu idi ki, ən azı vitse-spiker olsun. Bildiyiniz kimi, o, Azərbaycan vətəndaşı deyil. Vətəndaşlıq almağa çalışıb pulla, müəyyən işlər görüb, amma yarımçıq qalıb proses. Deyiblər “ağıllı ol”, get İtaliyada, Rusiyada məşğul ol siyasi fəaliyyətlə. Artıq onun təşkilatında da parçalanmalar var. Təşkilatın bütün üzvləri köməkçisi Anar Həsənovun orda olmasına etiraz edir. Bildiyimə görə, Anarın həyat yoldaşının erməni olması haqda söz-söhbət var, üzvlər də bundan narazıdırlar”.
Qeyd edək ki, A.Həsənovla bağlı narazılıq artıq bir müddətdir ki, var. “Diaspor” TV-nin efirində də bu haqda geniş material verilib. Həmin materialı təqdim edirik: