Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNAT Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Nizami RPİ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Ramiz Quliyev vəzifəsindən azad olunaraq, Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinə rəis təyin olunub.
Bu barədə DİN-dən məlumat verilib.
Qeyd edək ki, nazirin bundan öncəki əmri Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayev vəzifəsindən azad edilərək, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətlidir) rəisi təyin olunub.
Geri qayıt