Mehman Hüseynov bələdiyyə sədri olmaq istəyir

Mehman Hüseynov bələdiyyə sədri olmaq istəyir Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
Bu barədə məlumat sosial şəbəkədə yayılıb.
O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb.
Mehman Hüseynov namizədliyini irəli sürməyi Parlament seçkiləri üçün bir test adlandırıb. O, bələdiyyə seçkilərində qalib olacağına inandığını bildirib.
Qeyd edək ki, bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.
Geri qayıt