Arif Hacılıdan mitinq açıqlaması

Arif Hacılıdan mitinq açıqlaması Müsavat Partiyası noyabrın 10-a təyin edilmiş mitinqi təxirə salıb.

Partiya başqanı Arif Hacılı Trend-ə bildirib ki, onlar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Müsavat Partiyasına mitinq üçün ayırdığı ərazi ilə razı deyillər.

Qeyd edək ki, BŞİH Müsavat Partiyasının müraciətinə baxıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.
Geri qayıt