Prezident ona “Şərəf” ordeni verdi

Prezident ona “Şərəf” ordeni verdi Prezident İlham Əliyev tarixçi alim, tarix elmləri doktoru, professor Dilarə Seyidzadəni “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Dilarə Bağır qızı Seyidzadə “Şərəf” ordeni ilə təltif edilsin."

Qeyd edək ki, D.Seyidzadə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsinə təyin edilib. Dilarə Seyidzadə Dövlət qulluğunda xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif edilib.
Geri qayıt