"Rahat” marketdən alınan şokoladdan qurdlar çıxdı

"Rahat” marketdən alınan şokoladdan qurdlar çıxdı Marketdən alınan şokoladdan qurd çıxıb. “Minval.İnfo” xəbər verir ki, bu barədə müğənni Kərim Abbasov məlumat verib. Belə ki, müğənni evlərinin yaxınlığında olan “Rahat” marketdən bahalı şokolad alıb. Amma market Kərimə şokoladla birgə qurdları da “hədiyyə” edib. K.Abbasov deyib ki, “”Rahat” marketin Nəsimi filialından şokolad aldım. Kilosu 18.75 qəpiyə aldığım şokoladdan qurd çıxıb. Məsələ puldan getmir. Bahaya qaçırıq ki, keyfiyyətli olsun. Amma gördüyünüz kimi, şokoladı qurd basıb”.
Geri qayıt