Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi

Sərəncamla Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qüdrət Qəmbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, oktyabrın 20-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun 60 yaşı tamam olub.