Əli Abbasovun gömrükçü oğlu Londondakı şirkətini bağlayıb

Əli Abbasovun gömrükçü oğlu Londondakı şirkətini bağlayıb Ayda heç üç min maaş almayıb, 300 min dollar xərcləyən sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov oğlu Eldar Abbasovu Dövlət Gömrük Komitəsində işə düzəldibmiş. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, sabiq nazirin oğlunu komitəyə yaxın vaxtlarda götürüblər və bu səbəbdən Londondakı şirkətlərini tələm-tələsik qapadıb.

Reyestr məlumatlarına görə, Eldar Abbasovun 2017-ci ilin aprelində Britaniya paytaxtında qeydiyyatdan keçirdiyi INFIPRO LIMITED şirkəti ötən ayın 24-də bağlanıb. Gömrük Komitəsi əməkdaşının digər şirkəti – JDE TRADING LIMITED isə hələ də fəaliyyətdədur.

Eldar Abbasov bu ticarət şirkətini 2017-ci il iyulun 17-də qeydiyyatdan keçirəndə onu həyat yoldaşı Dünya Pirverdinin (“Azərenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyevin qızı) adına rəsmiləşdirib. Keçmiş nazirin oğlunun digər iki şirkəti – JDE CAPITAL LTD və BITTOP LIMITED ötən ilin sonlarında qapadılıb.




Geri qayıt