Deputat Ülvi Quliyevin oğlu 18 yaşından Avropada şirkət sahibidir - FOTO

Deputat Ülvi Quliyevin oğlu 18 yaşından Avropada şirkət sahibidir - FOTO Milli Məclisin daha bir üzvünün, daha doğrusu, övladının xaricdə biznesi aşkarlanıb.

Mia.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində yazıb.

O bildrib ki, deputat Ülvi Quliyevin oğlu xaricdə biznesə sahibdir: "Oliqarx deputat Ülvi Quliyevin oğlu 18 yaşından Avropada şirkət sahibidir".

Jurnalist biznesin hansı ölkədə, o cümlədən hansı sahələri əhatə etməsi haqda hələlik dəqiq məlumatları açıqlamasa da, şərh bölümündə onun restoran belə açdığı vurğulanıb.

Jurnalist, həmçinin Ülvü Quliyevin oğlunun Fransadan çəkilmiş fotosunu da statusuna əlavə ediib.
Geri qayıt