Cinayət barəsində xəbər verməməyə görə cərimələr artırılır

Cinayət barəsində xəbər verməməyə görə cərimələr artırılır Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə ilə əlaqədar tətbiq edilən cərimələrin miqdarı artırılır
Məlumata görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək Milli Məclisə tövsiyə olunan Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsində əksini tapıb.
Cinayət Məcəlləsinə əsasən ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Layihədə bu halda 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif edilir.
Qüvvədə olan qanuna əsasən qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə 2 min manatdan 5 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Layihədə bu halda 3 min manatdan 6 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandır nəzərdə tutulur.
Geri qayıt