İcra Hakimiyyəti başçısı yeni müavin TƏYİN ETDİ

İcra Hakimiyyəti başçısı yeni müavin TƏYİN ETDİ Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavinlərindən biri 46 yaşlı Balayev Arif Tofiq oğlu vəzifəsindən azad edilib.

Banker.az-a istinadən xəbər veririk ki, daxil olan məlumata görə, həmin rayonun icra başçısının 27 sentyabr 2019-cu il tarixli əmri ilə, onun yerinə 39 yaşlı Novruzov Vüqar Vahid oğlu təyin edilib.

V.Novruzov 1980-cı ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecment ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirmişdir.

Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlamışdır. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Xatırladaq ki, o, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 2008-ci ildə Əzizbəyov Rayon (indiki adı Xəzər Rayon) İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib və dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini almışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2016-cı il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

A.Balayev 21 yanvar 1973-cü ildə Bakı şəhərində anadan olub.

Xatırladaq ki, cari ilin fevralından başlayaraq bu rayonun icra hakimi Elşən Salahovdur.
Geri qayıt