Onun deputat olduğunu bilirdinizmi? - Heç seçiciləri də bilmir

Onun deputat olduğunu bilirdinizmi? - Heç seçiciləri də bilmir 55 saylı Xaçmaz şəhər seçki dairəsinin seçiciləri deputatından nigarandır Onların sözlərinə görə, Səlimov Eldəniz Adil oğlu seçkidən sonra görünməyib.


Millət vəkilinin taleyi seçiciləri narahat edib. E.Səlimovun harada olduğu, fəaliyyəti, parlamentdəki çıxışları xaçmazlıları maraqlandırır. Onlar bilmək istəyirlər ki, işıq və qazın bahalaşmasından sonra deputat necə dolanır, bir çətinliyi yoxdur ki?! Hər halda deputatın bu qədər susqunluğu və passivliyi Xaçmazda yaşayan insanları narahat edir.

Onlar qeyd edirlər ki, şimal bölgəsindən kifayət qədər sayılıb-seçilən insanlar çıxıb. Bu gün Milli Məclisdə Vahid Əhmədov, Azər Badamov, Yevda Abramov kimi millət vəkilləri zonanı təmsil edir.(politika)Sakinlər söyləyirlər ki, bu deputatlar həm daxili siyasət, həm xarici siyasətlə əlaqədar çıxışlar edir: "Vahid müəllimi hamımız tanıyırıq, sevirik. Kaş ki bütün deputatlar onun kimi işləsin. Yevda müəllim də əlindən gələni əsirgəmir, müxtəlif məsələlərə münasibət bildirir.

Azər Badamov onlardan passiv deputat olsa da, arabir çıxışını görmək mümkündür. Gəl ki Eldəniz Səlimovun nə səsini eşitmişik, nə çıxışını. Xəbərimiz yoxdur, bəlkə bir problem var, hansısa səbəblərdən çıxışlar etmir?! Eldəniz müəllim gərək bir efirə çıxsın, mətbuata müsahibə versin, Milli Məclisdə danışsın. Heç olmasa qazın-işığın qiymətinin qalxmasından danışıb deyəydi ki, büdcəyə faydalı addımdır”. E.Səlimov barəsində geniş informasiya yoxdur. Bu da müəmmalıdır. Bir deputatın bioqrafiyası ictimaiyyətə tam açıq olmalıdır.

O, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi olub. Onun haqqında internetdə ən çox çıxan xəbər xidməti maşınını kimə bağışlamasıdır. E.Səlimovun Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin kadrı olduğu və onun biznesini idarə etməkdə müəyyən paya sahibləndiyi bildirilir. Seçiciləri də deputatın onlarla nə vaxt görüşdüyünü xatırlamır. Parlament ən passiv deputatlarından olan millət vəkili aktual mövzularla bağlı bir dəfə fikrini bildirməyib. Yerli sakinlər və seçicilər də deputatını tanımır. Milli Məclisin iclaslarında müxtəlif qanun layihələri müzakirə olunur. Deputatlar ölkənin siyasi-iqtisadi, sosial-hüquqi sahələri üzrə təkliflər verir, çıxışlar edir.

Vahid Əhmədov, Cavid Qurbanov, Məlahət İbrahimqızı, Elmira Axundova, Zahid Oruc, Siyavuş Novuzov, Fazil Mustafa, Rövşən Rzayev, Ziyad Səmədzadə, Hadı Rəcəbli və xeyli deputat adını çəkmək olar ki, ayrı-ayrı aktual məsələlər qaldırır, qanun layihələrinin qəbuluna fikirlərini bildirirlər. Səlimov isə dinmir.
Geri qayıt