Milli Şuranın mitinqinə razılıq verilib

Milli Şuranın mitinqinə razılıq verilib Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

BŞİH-də müraciətə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.
Geri qayıt