Cavid Qurbanov üçün insan amili heç də əhəmiyyət kəsb etmir- ŞOK OLAY, SƏSYAZISI

Hər kəsi düşündürən halın varlığı odur ki, bir-iki il bundan öncə Bakı Dəmiryolu Vağzalı ən müasir üslubda inşa olundu və təmir-bərpa işləri həyata keçirildi. Belə bir halın varlığına baxmayaraq, ölkəmiz üçün olduqca əhəmiyyət kəsb edən Bakı Dəmiryolu Vağzalı, bu gün vağzala yox, daha çox ticarət mərkəzinə, restoranlar şəbəkəsinə oxşayır. O halda sual oluna bilər ki, görəsən cənab Cavid Qurbanovun tabeçiliyində olan bu qurumda bir tibb məntəqəsi yoxdurmu ki, hadisə zamanı yıxılan şəxsə, həmin məntəqənin həkimi ilkin tibbi yardımını göstərəydi? Yoxsa, zamanında cənab Qurbanovu belə bir halların varlığı yox, Bakı Dəmiryolu Vağzalını ticarət mərkəzinə, restoranlar şəbəkəsinə çevirmək düşündürüb?
Biz hadisə baş verən vaxt Bakı Dəmiryolu Vağzalında olduğumuzdan, yaşanan olaylara münasibətini öyrənmək məqsədilə, Azərbaycan Dövlət Dəmir Yollları QSC-nin sədri, millət vəkili Cavid Qurbanovla əlaqə saxladıq. Elə ki, adı çəkilən şəxsə baş verən hadisənin mahiyyətini, vağzalda vəzifə sahibi olan şəxslərin səhlənkar yanaşma ortaya qoymalarını, təmir işləri ilə məşğul olan şəxsin gözləmə zalının damından yerə yıxılmasını və s. Cavid müəllimin diqqətinə çatdırdıq, o halda o, ,,Sən həkimsən, Fövqəladə Hallar Komissiyasından, sən nə bilirsən yıxılan şəxsə kömək olunur, ya olunmur. Elə ağzına gələni danışırsan'' deyə cavab verdi. Belə bir cavabı eşidib sanki şoka düşdük və bir daha biz hadisə yerindəyik və baş verənləri öz gözlərimizlə görürük, ümumi müşahidələrimizi də aparırıq dedikdə, o, ,,Get çək, yaz ver ki, eləmirlər. De ki, mən dedim ki, eləmirlər'' cavabını təkrar eşitdikdə, daha dəhşətli dərəcədə şoka düşdük. Cavid müəllimin baş verən olaylarla bağlı belə bir yanaşma ortaya qoyması o demək oldu ki, deməli idarə rəisini təmir işləri ilə məşğul olan və təqribən 15-20 metrlik hündürlükdən yerə yıxılıb can verən, ağzından, burnundan laxta-laxta qan gələn şəxsin taleyi heç də düşündürmədi. Əgər düşündürsəydi o halda o, problemin hansı şəraitdə, hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılacağı yöndə tapşırıq verəcəyini bildirərdi. Bütün bunları təhlil edib belə bir qənaətə gəlmək olur ki, bu gün vəzifə sahibi olan bir çox şəxsləri, o cümlədən Cavid Qurbanovu da, bir tikə çörək qazanmağa möhtac olan insanların taleyi heç də düşündürmür. Yəqin ki, onu belə bir halların varlığı düşündürsəydi, o halda cənab Qurbanov belə bir yanaşmasını da ortaya qoymazdı.
Onu da bildirək ki, hadisə yerində olduğumuz zaman bəzi şəxslər iddia edirdilər ki, Bakı Dəmiryolu Vağzalında təmir işləri ilə məşğul olan şirkət, idarə rəisi vəzifəsini daşıyan Cavid Qurbanova bağlı şirkətdir. Bu haqda konkret məlumatlara malik olmasaq da, biz söylənilənlərin canlı şahidi olduq.
Mövzunu diqqətdə saxlayacağıq.
Nyus.Az