İTV-nin keçmiş sədr müavininə AzTV-də vəzifə verildi - Rövşən Məmmədovdan yeni təyinatlar

İTV-nin keçmiş sədr müavininə AzTV-də vəzifə verildi - Rövşən Məmmədovdan yeni təyinatlar BakuPost-a istinadən xəbər veririk ki, bununla bağlı televiziyanın sədr əvəzi Rövşən Məmmədov əmr imzalayıb. Əmrə əsasən həmin büroya tanınmış jurnalist Şaiq Məmmədov rəhbər, Elgün İbrahimov isə operator təyin olunublar.
Xəbəri AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov təsdiqləyib.

Şaiq Məmmədov 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, R.Məmmədov AzTV rəhbər kimi çalışdıqdan sonra kanalın simasında xeyli dəyişikliklər edib, ciddi kadr islahatları aparıb, yeni layihələrə start verib.
Geri qayıt