“Coca-Cola”dan işbazların işinə yarayan kampaniya - İTTİHAM

“Coca-Cola”dan işbazların işinə yarayan kampaniya - İTTİHAM “Coca-Cola” Azərbaycan ““Coca-Cola” ilə musiqi” kampaniyasına start verib.

Yenicag.az xəbər verir ki, bütün 0.5 litrlik “Coca-Cola” içkiləri üzərində uduşlu kodlar yazılan bilərziklər var və bu bilərziklərin altındakı 8 simvollu kodu 7676 nömrəsinə göndərərək müştərilər uduşlu kampaniyaya qoşula bilər.

Məsələ ondadır ki, müştərilər həmin bilərziklərin yerində olmamasından şikayət edir. Məsələni araşdırmaq üçün şəhərdəki mağazalardan “Coca-Cola” aldıq və bunu özümüz müşahidə etdik.

Belə ki, bəzi mağazalarda uduşlu bilərziklər yerində olsa da, bəzilərində buna rast gəlmədik. Səbəbini soruşduqda isə, satıcılar “şirkət necə gətirib, elə də satırıq”,- dedilər.

Həmin bilərziyin asan şəkildə soyularaq götürülməsi istənilən şəxsin onu kəsib götürməsinə şərait yaradır. Bu da, təbii ki, bəzi işbazların işinə yarayır.

Bəlkə şirkət əməkdaşları, bəlkə də mağaza işçiləri uduş əldə etmək üçün bu kodları kəsib götürür. Hətta kod olan bilərziyi açıb, yenidən yerinə yapışdırmaq da mümkündür.

Ümumiyyətlə, “Coca-Cola” kimi məşhur bir şirkətin belə bir kampaniyaya start verərkən, bu cür məsələləri nəzərə almaması anlaşılan deyil.
Geri qayıt