Bu qanunu pozanlar cəzalandırılacaq

Bu qanunu pozanlar cəzalandırılacaq "Ali təhsil haqqında" qanunun pozulmasına görə məsulliyyət müəyyənləşib.

Bu barədə yeni hazırlanan "Ali təhsil haqqında" qanun layihəsində qeyd olunub. Yeni sənədin 35-ci maddəsində (Qanunun pozulmasına görə məsuliyyət) göstərilib ki, "Ali təhsil haqqında" qanunun tələblərini pozan şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Qeyd edək ki, "Ali təhsil haqqında" qanun layihəsi barədə sənəd Milli Məclisin iyulun 2-də Elm və təhsil komitəsinin iclasında müzakirə ediləcək.
Geri qayıt