Məşhur parfumeriya şəbəkəsi müştərilərə vaxtı keçmiş kremlər hədiyyə edir - FOTOLAR
Bakıda məşhur Sabina Perfumery Cosmetics şirkətlərinin mağazasında müştəriyə alış-veriş müqabilində hədiyyə verilən krem istifadə müddəti bitmiş çıxıb.
Medicina.az xəbər verir ki, müştəri bu barədə şikayətini sosial şəbəkələrdə yazıb. Belə ki, 5-ci gün Nizami küçəsindəki filialında alış-veriş edən xanıma hədiyyə olaraq üz kremi veriblər və kremi paketə qoyublar.
Müştəri bu aksiyadan sevinib, lakin onun sevinci uzun çəkməyib. Evdə kremin tarixinə baxdıqda onun istifadə vaxtının 2018-ci ilin iyul ayında bitdiyini görüb.
Müştəri kremi mağazaya qaytarıb, məsələni aydınlaşdıracağını, eləcə də istehlakçı hüquqlarının pozulması ilə bağlı şikayət edəcəyini bildirib.
Geri qayıtMedicina.az xəbər verir ki, müştəri bu barədə şikayətini sosial şəbəkələrdə yazıb. Belə ki, 5-ci gün Nizami küçəsindəki filialında alış-veriş edən xanıma hədiyyə olaraq üz kremi veriblər və kremi paketə qoyublar.