Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək, tarix məlum olub

Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək, tarix məlum olub Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun Milli Məclisə hesabatını təqdim edəcəyi vaxt məlum olub.

ONA-nın əldə etdiyi məlumata görə, “Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru 2018-ci il üzrə illik hesabatı” Milli Məclisin iclasında aprelin 12-də müzakirə olunacaq.

Hesabatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov təqdim edəcək.
Geri qayıt