Arzu Əliyevanın özəl günü
Bu gün Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın 30 yaşı tamam olur.
Arzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakıda İlham Əliyev və Mehriban Əliyevanın ailəsində anadan olub.
1995-2006-cı illərdə Bakıda 160 saylı tam orta məktəbdə, daha sonra isə İsveçrə və Böyük Britaniyada təhsil alıb.
2015-ci il mayın 9-da Arzu Əliyevanın “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, 2016-cı il yanvarın 22-də isə layihə rəhbəri və baş prodüseri olduğu “Əbədi ezamiyyət” adlı sənədli filmləri təqdim olunub.
Arzu Əliyeva 2011-ci il sentyabrın 3-də azərbaycanlı biznesmen Aydın Qurbanovun oğlu Səməd Qurbanovla ailə qurub. Cütlüyün iki övladı var.
Qeyd edək ki, bir çox məşhurlar sosial şəbəkədə Prezidentin qızı Arzu Əliyevanı təbrik ediblər.
Geri qayıtArzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakıda İlham Əliyev və Mehriban Əliyevanın ailəsində anadan olub.