Prezident Ədalət Hüseynova orden verdi

Prezident Ədalət Hüseynova orden verdi Azərbaycan Prezidenti İlham Əliyev Ədalət Hüseynova “Vətənə xidmətə görə” ordeni verib.

xalqxeber.az xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir:

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Ədalət Abuş oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.
Geri qayıt