Səfər Mehdiyevin neçə cangüdəni var? - Vəzifəsi artanda mühafizəsini də gücləndirib

Bu barədə danışan məlumatlı mənbə bildirir ki, məsələn, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev də təkcə evini yox, həm də özünü ayrıca olaraq mühafizə etdirməyə çalışanlardandır.
Mənbənin söylədikləri: "Səfər Mehdiyevin 1-ci müavin olanda da cangüdəni var idi. Amma indi artıb. Əgər əvvəllər onu 1 nəfər qoruyurdusa, hazırda 3 mühafiəçisi var".
Hər halda mənbənin sözlərinə güvənsək, belə bir təəssürat yaranır ki, adamlarımız vəzifədə qalxdıqca üzərlərinə daha da böyük təhlükə hiss edirlər. Və onlardan biri də Səfər Mehdiyevdir...
DİA.AZ