Prezident İlham Əliyev Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovla bağlı sərəncam verib. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Gülağa Bayram oğlu İslamov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.