Sabiq nazir oğlu Londonda daha bir şirkət açıb – Sənədlər

Onun sözlərinə görə, hər iki məmurun – Əli Abbasovun və Etibar Pirverdiyevin övladları Londonda meyvə-tərəvəzin topdansatışı ilə də məşğuldurlar. INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb.
Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin adresi göstərilib:
40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE.
Nizamnamə kapitalı 100 funt sterlinq məbləğindədir.
Qetd edək ki, Bittiop şirkəti tamam fərqli profildə, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir.





