Həbsxanada 30 yaşlı məhbus ölüb

Həbsxanada 30 yaşlı məhbus ölüb Gəncədə təcridxanada məhbus ölüb.

Məlumata görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında cəza çəkən 1988-ci il təvəllüdlü Rüstəmov Orxan Rəşid oğlu ölüb.

O, yatağında ölmüş vəziyyətdə aşkarlanıb. O. Rüstəmovun hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Geri qayıt