Əhməd Əhmədzadənin adı olub, fəaliyyəti şübhə döğuran xidmət idarəsində nələr baş verir?

Əhməd Əhmədzadənin adı olub, fəaliyyəti şübhə döğuran xidmət idarəsində nələr baş verir? Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızda aqrar sektora, xüsusilə də meliorasiya və su təsərrüfatı sahələrinə daim göstərdiyi diqqət və qayğını kimsə inkar edə bilməz. Ölkəmizin başçısı hər ilin yekunlarına dair keçirdiyi müşavirələrdə suvarılan və suvarılmayan torpaqlarda həyata keçirilən meliorativ tədbirləri və əkin sahələrinin suvarma suyu ilə təmin edilməsini diqqətə çatdırmaqla yanaşı, mütəmadi olaraq bu sahəyə özünün müvafiq tövsiyə və tapşırıqlarını da verir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC isə öz fəaliyyətini ölkə başçısının tövsiyə və tapşırıqları əsasında quraraq suvarılan torpaqların meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması sahəsində görüləcək işlərin istiqamətlərini müəyyən edir, ardıcıl olaraq müxtəlif tədbirlər həyata keçirir.

Qeyd etdiyimiz kimi hazırda ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Xüsusən də əkinçiliyin inkişaf etdirilməsi, ölkədə daha bol məhsul əldə edilməsi bu gün qarşıda düran ən vacib məsələlərdəndir. Bu baxımdan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin üzərinə çox ağır, məsuliyyətli bir iş düşür.Məlumat üçün qeyd etmək istərdik ki, şözügedən səhmdar bu kimi işləri görmək üçün cəmiyyətin respublıka ərazisində 100- dən çox xidmət idarələri fəaliyyət göstərir. Son illərdə respublikamızın əkinəyararlı torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması, yeni kollektor-drenaj şəbəkələrinin, hidroqovşaqların və su anbarlarının yaradılması, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, torpaqların bataqlaşmasının və şorlaşmasının qarşısının alınması məqsədilə görülən kompleks meliorativ tədbirlər nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığında əhəmiyyətli dərəcədə artım müşahidə edilir ki,burada da Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin oynadığı rol danılmazdır. Görülmüş bu işlərlə yanaşı Əhməd Əhmədzadənin rəhbərlik etdiyi müəsisə və təşkilatlatlarda kifəyət qədər neqotiv hallara yol verilməsi barədə dövrü mətbuatda və elektron mediada kifayət qədər kəskin materiallar dərc olunub, informasiyalar yayilib. Bu yazılanların nə dərəcədə həqiqətə uyğun oub,olmadığı barədə heç bir şərh vermək istəməzdik.

Lakin redaksiyamıza daxil olmuş məlumatların araşdırılmasına ehtiyac olduğundan Əhməd Əhmədzadənin rəhbərlik etdiyi sahədə adı olan həmin idarələrdən birinin fəaliyyəti barədə oxuculara məlumat vermək istərdik. Bu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsidir. İdarə ölkə ərazisində suvarılan torpaqlar əhatə olunmaqla, əsas kanal və kollektorlardakı hidrometrik məntəqələrdə hidrogeoloji-meliorativ xidmətin təşkili üçün qazılmış 9000 -ə yaxın rejim müşahidə quyularına nəzarət edir. Nəzarətində olduğu bu rejim müşahidə quyuları vasitəsilə adıçəkilən bu qurum əslində yeraltı qrunt sularının səviyyəsinin dəyişilməsi üzərində daimi nəzarət aparmalı, kənd təsərrüfatı məhsullarınin istehsalı prosesində torpaqda gedən hidrogeoloji meliorativ dəyişikliyi aşkar edib və onların yaxşılaşdırılması üzrə təkliflər hazırlamalıdır.

Bəs görəsən bu xidmət sahəsində doğrudanmı hər şey yüksək səviyyədə aparılır? Bizə çox maraqlıdır, həqiqətənmi bu qurum respublika ərazisində suvarılan torpaqlarda hidrogeoloji-meliorativ vəziyyəti və kollektor-drenaj şəbəkəsinin işinin effektivliyini öyrənir, qrunt sularının rejimi və kimyəvi tərkibi üzərində stasionar müşahidələr aparır, qrunt suları və torpağın su çökintisinin kimyəvi analizi, eləcə də rejim müşahidə və çöl tədqiqat materialları əsasında hidrogeoloji-meliorativ hesabatlar hazırlayır, həmçinin suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirir? Yoxsa bu xidmət sahəsi də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin heç kimin ağlına gəlməyən yerdən pul çıxarmaq metodlarından biridir.

Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin müdiri sədr Əhməd Əhmədzadəyə yaxınlığı ilə tanınan və uzun müddətdir ki bu sahəyə rəhbərlik edən Saleh Sadıqovdur. .Bizdə olan məlumatlara görə Əhməd Əhmədzadə Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin maddi-texniki bazanın gücləndirilməsi və xidmət sahələrinin təkmilləşdirilməsi üçün dövlət vəsaitindən adıçəkilən qurumun hesabına kifayət qədər vəsait köçürüb.İdarə müasir laboratoriya avadanlıqları ilə təchiz edilib ki, burada inkişaf etmiş ölkələrdəki kimi avtomatlaşdırılmış metodlarla qısa müddətdə daha keyfiyyətli və daha çox kimyəvi-analitik təhlillər aparılmasını həyata keçirmək mümkün olar.

Bəs Saleh Sadıqov necə, rəıhbərlik etdiyi qurumun işini müasir avadanlıqlarla günün tələbləri səviyyəsində qura bilıirmi? Yoxsa o da müasir avadınlıqları idarəyə görüntü yaratmaq üçün alıb.Yuxarıda qeyd etdiyimiz kimi idarə respublika ərazisində suvarılan torpaqlarda hidrogeoloji-meliorativ vəziyyəti öyrənir. Respublika ərazisində isə suvarılan torpaqlar yüz min hektarlarladır. Bakıda yerləşən bu idarə yerlərdə müşahidəni necə aparırlar? Əlbəttə mütəxəsisləri yerlərə ezam etməklə. Bəs il ərzində yerlərə nə qədər mütəxəsis ezam olunur? Burada ezamiyyə xərcləri nə qədər yazılır? Bunu ancaq Saleh Sadıqov deyə bilər. Qeyd etdiyimiz kimi idarə yerlərdə müşahidə quyularına da nəzarət edir. Bəıs görəsən il ərzində sıradan çıxmış rejim müşahidə quyuların təmirinə, yenidən qazılmasına nə qədər vəsait ayrılır? Yerlərdə müşahidə quyularının sayı sənədlərdə olduğu kimidir,yoxsa Saleh Sadıqovun bildiyi qədər?

Araşdırılarsa bu idarənin fəaliyyəti ilə bağlı bir çox suallara cavab axtarmalı olacağaq.Odur ki, suallara cavab axtarmağa tələsmədən araşdırmalarımızı davam etdirmək,daha ha qaranlıq mətləbləri aydınlatmaq zorundayıq. Bizi İzləyin.

Aktualinfo.org
Geri qayıt