MFL rəhbəri Azərbaycan millisinin üzvlərini təhqir etdi - Fotolar
AFFA-nın dəstəyi ilə keçirilən Mini Futbol Liqasının (MFL) rəhbəri Ayaz Əhmədov Azərbaycan komandasının üzvlərini təhqir edib. “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yazılan statuslardan birinə rəy bildirən Əhmədov həmçinin baş məşqçi Qurban Qurbanovun istefasının lazım olduğunu bildirib.
AFFA-nın baş katibi Elxan Məmmədovun istefasını istəyənlərə irad bildirən liqa rəhbəri təhqirlə milli komandanın üzvlərini baş katibin yığmaya çağırmadığını deyib.
Qurban Qurbanovun istefasına dəstək verənlərdən biri də “Neftçi”nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovdur. Ayaz Əhmədovun yazdığı rəylərə Qəhrəmanov da təkan verib.
Yazışmaların və rəylərin fotolarını sizə təqdim edirik:
Qeyd edək ki, Ayaz Əhmədovun AFFA-nın baş katibi Elxan Məmmədovun qohumu olduğu deyilir.
Geri qayıtAFFA-nın baş katibi Elxan Məmmədovun istefasını istəyənlərə irad bildirən liqa rəhbəri təhqirlə milli komandanın üzvlərini baş katibin yığmaya çağırmadığını deyib.