Hakim Zaur Tağıyevin maddi hüquqa prosessual QADAĞASI - Özbaşınalıq

Hakim Zaur Tağıyevin maddi hüquqa prosessual QADAĞASI - Özbaşınalıq Azərbaycanın bəzi məhkəmələrində baş verən analoqsuz özbaşınalıqlar elə adiləşib ki, çətin kimisə yeni “özbaşınalıq kəşfləri” ilə mat qoymaq mümkün olsun. Ölünün o dünyadan şahid qismində ifadə verməsi, şəhidə qarşı cərimə kəsilməsi, Qarabağ əlilinə “özünü yandırma “ hökmünün çıxarılması faktlarının yanında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Tağıyevin prosessual özbaşınalığı elə də təəccüblü qarşılanmaz, yəqin. Sözügedən hakim məhkəmə praktikasında ən çox yararlanılan özbaşınalığa əl atıb. Bu barədə daxil olan müraciətdə deyilir.

Daha sonra bildirilir: "Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadə 5 ildir “RƏVAN” sığorta şirkətinin, məhkəmələrin, icra şöbələrinin mütəşəkkil dələduzluğu ilə üz-üzədir. Artıq ağ ciyərinin üçdən ikisini düşmən gülləsinə qurban verən Qarabağ əlilinin bu “qurban payına” yerli məmurlar yarılığına ortaq olublar. Qarabağ əlilinin ağlına gəlməyən başına gəlib : pensiyası məhkəmə qərarı olmadan yarıqat edilib. Heç demə, Ədliyyə Nazirliyinin Suraxanı icra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyev ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanuna-Konstitusiyaya zidd olaraq məhkəmənin icra sənədi olmadan, icraya yönələn məhkəmə qərarı olmadan özbaşına Qarabağ əlilinin reabilitasiya vasitəsi avtomobilinə yol polisi yolu ilə həbs qoyub. Əlilin ali dövlət hakimiyyəti orqanlarına şikayətlərinə cavab olaraq Suraxanı məhkəməsinin hakimi Ramil Həsənovun göstərişi əsasında icraçılıq etdiyini vurğulayaraq, əlilin pensiyasının da yarıqat edilməsini pensiya ödəyən orqana məktubla “qərara alıb”. Fikir verin, icra məmuru Konstitusiyaya görə ən ağır cinayət sayılan hakimiyyətin səlahiyyətlərini mənimsəyib və məhkəmənin adından əlil vətəndaşın toxunulmaz sayılan əmlakına- avtomobilinə, həm də pensiyasına “toxunub “ . Düşmən gülləsinə ağ ciyərini “gərən” Qarabağ əlili “doğma” məmurlara da pensiyasının yarısı ilə “sinə gərmək” zorunda qaldığından 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində icra şöbəsinin saxta qərarının ləğv edilməsi və icra məmuru Vüsal Əliyevin vəzifəsinə uyğunsuzluğu haqqında iddia qaldırıb. Hakim Zaur Tağıyev 08 oktyabr 2018 tarixli sərəncam ilə tərəflərə 10 gün vaxt verib və... 9 gün sonraya -17 oktyabr 2018-ci ilə iclas təyin edib. Yəni hakimin özbaşınalıq etməsi elə bu uyğunsuzluqdan görünür. Deyə bilərsiniz, bir günün söhbətini etməzlər, di gəl, bu da özbaşınalığın sonu deyil . Özbaşınalığın yekəsi budur ki, hakim 17 oktyabr 2018 -ci il tarixinə təyin etdiyi iclasa bildirişi 19 oktyabr 2018 -ci ildə -2 gün sonra göndərib və 22 oktyabr 201 8-ci ildə- 5 gün sonra rəsmi qaydada təqdim edib. Bu isə məhkəmə təminatı hüququna qadağadan özgə bir şey deyil. Onu da vurğulayaq ki, hazırlıq iclasının ümumiyyətlə təyin olunmaması hakimin sözügedən prosessual özbaşınalığı qəsdən etməsini deməyə əsas verir. Yəqin növbəti özbaşınalıq iddianın mümkün sayılmaması haqqında olacaq. Fikrimizcə, müvafiq dövlət qurumları, özəlliklə Məhkəmə Hüquq Şurası bu özbaşınalığa hüquqi qiymət verilməsini təmin etməyə borcludur.

... Hələ də Qarabağda düşmən, icra və məhkəmə orqanlarında özbaşınalıq at oynadır. .."

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dia.Az
Hakim Zaur Tağıyevin maddi hüquqa prosessual QADAĞASI - Özbaşınalıq
Hakim Zaur Tağıyevin maddi hüquqa prosessual QADAĞASI - Özbaşınalıq
Hakim Zaur Tağıyevin maddi hüquqa prosessual QADAĞASI - Özbaşınalıq
Hakim Zaur Tağıyevin maddi hüquqa prosessual QADAĞASI - Özbaşınalıq
Hakim Zaur Tağıyevin maddi hüquqa prosessual QADAĞASI - Özbaşınalıq
Geri qayıt