Sabiq direktor Təhsil Nazirliyini məhkəməyə verib

Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının direktoru Tovuz Eminli vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən Təhsil Nazirliyinin 03.06.2013-cü il tarixli 11/491 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilib.