"Məşhur” avtoxuliqan bu dəfə Baş redaktora və övladına həyati təhlükə yaratdı – YPX niyə tədbir görə bilmir?

"Məşhur” avtoxuliqan bu dəfə Baş redaktora və övladına həyati təhlükə yaratdı – YPX niyə tədbir görə bilmir? “NazLifan” markalı, 90-MS-489 dövlət nömrə nişanlı maşını “idarə” edən bu avtoxuliqanı Masazır və Nəsimi rayonunda tanımayan yoxdur

Uzun müddətdir ki, Bakı şəhər sakinləri sözün əsl mənasında bir avtoxuliqanın əlində girinc qalıb. Demək olar ki, həmin avtoxuliqanın ictimai asayişi pozan hərəkətləri ucbatından hər gün Memar Əcəmi metrosunun yaxınlığında dava-dalaş baş verir. Təxminən bir həftə öncə də redaksiyamıza zəng edən oxucularımızdan biri qeyd edirdi ki, bu avtoxuliqan (aşağıda haqqında verilib) onu az qalıb kimi maşının təkərləri altına salsın. Üstəlik avtoxuliqan yerə düşərək piyadanı hədələməkdən də çəkinməyib. Ən maraqlısı isə odur ki, həmin bu avtoxuliqan bu dəfə bolgexeber.com sayıtının Baş redaktoru Vasif Turan və onun 5 yaşlı oğluna həyati təhlükə yaradıb.
Belə ki, V.Turan və 5 yaşlı oğlu (Ruhəd) Masazırda “Araz market”in yaxınlığında piyada keçidindən keçirmiş. Bu zaman bir taksi sürücüsü jurnalistə yol verməyib, əksinə ayağını əyləcə də basmayıb. Yüksək sürətlə hərəkət edən taksi sürücüsü piyada keçidində az qalıb ki, jurnalisti və övladını vursun. Heç şübhəsiz ki, ictimai qınaq olmalıdır və bu tip ictimai tərbiyədən məhrum olan insan(?) yerindəcə etdiyi səhvə görə tənqidə məruz qalmalı idi. V.Turanın haqlı iradlarını qəbul etməyən taksi sürücüsü hədə-qorxuya başlayıb və piyada zolağından məqsədli şəkildə yüksək sürətlə keçdiyini bildirib.

Bəs taksi sürücüsü kimdir?
“NazLifan” markalı, 90-MS-489 dövlət nömrə nişanlı maşını “idarə” edən bu avtoxuliqanı Masazır və Nəsimi rayonunda tanımayan yoxdur. Ona görə ki, bu taksi sürücüsü Masazır-M.Əcəmi, M.Əcəmi-Masazır xətti üzrə taksi fəaliyyəti ilə məşğuldur. Təkcə taksi fəaliyyəti ilə məşğul olmur, həm də adıçəkilən ərazilərdə qanuna tabe olmayan, piyadalara ölüm təhlükəsi yaradan avtoxuliqan kimi tanınır. Hesab edirik ki, belələri nə qədər ki, insanları öldürməyib, dərhal qanunla tənbeh olunmalı, cəazsını almalıdır. Bu avtoxuliqanın maşını həm də əlavə konstruksiyalarla doludur. “Miqalka”dan tutmuş “fifa” siqnallarına, YPX maşınlarına məxsus lampalarına, qadağan olunmuş ksenon lampalara, qara pərdələrə qədər... Hər halda gecə-gündüz ayıq olan YPX əməkdaşları nə üçün bu avtoxuliqanı görmür, yaxud görmək istəmir? Bizə də maraqlıdır.
Baş redaktor DİN rəhbərliyinə müraciət ünvanlayacaq
Bolgexeber.com-un Baş redaktoru rastlaşdığı bu qanunsuz hərəkətlə bağlı Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət ünvanlayacaq. V.Turan məsələ ilə bağlı dərhal həm Masazır YPX-sına, həm də Nəsimi rayon Yol Polisinə məlumat verib. Maraqlıdır ki, hər ikisi də bu avtoxuliqanın qanunsuz hərəkətlərinin qarşısının alınmasında aciz olduqlarını etiraf ediblər. Jurnalist dərhal BŞBDYPİ-nin şöbə müdiri Vaqif Əsədova məlumat verib. V.Əsədov qeyd edib ki, hadisə ilə bağlı araşdırılma aparılacaq və rəhbərliyə məruzə olunacaq.
Biz inanırıq ki, V.Əsədovun dediyi kimi məsələ tam araşdırılacaq, həmin taksi fəaliyyəti ilə məşğul olan avtoxuliqan qanun qarşısında cavab verəcək. Gərək kimsə ölsün, sonra tədbir görülsün? Bu adam hər gün azyaşlı uşaqları az qalır ki, təkərlərin altında qətlə yetirsin. Vətəndaşların haqlı iradlarını eşidən kimi isə, onların üzərinə hücum çəkir. Bu avtoxuliqanın hərəkətlərini araşdırmaq elə də çətin deyil. Masazırda “Araz market”in yaxınlığındakı piyada keçidini müşahidə edən videokameralardan görüntüləri götürə bilərlər.
Bolgexeber.com
Geri qayıt