Raqub Məmmədov həbs olundu ? İddia
Xəbər verdiyimiz kimi Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov 6 iyun 2018-ci il tarixində prezidentin sərəncamı ilə vəzifəsindən azad edilmişdir.
Ağdam rayon icra hakimiyyətində çalışan şəxslərdən aldığı məlumata əsasən, Raqub Məmmədovun işdən azad edilməsinə səbəb yeyinti olmuşdur.
Əldə etdiyimiz məlumata görə, Raqub Məmmədov cəbhəyani kəndlərdə 32 artezian quyusunun pulunu mənimsəyib və heç bir artezian quyusu qazdırmayıb. Bundan əlavə, dövlət büdcəsindən ayrılan vəsaiti özünə yaxın olan MMC lərlə silib. İcra başçısı həm də rayonun yolları, işıqlandırılması, abadlaşdırılması üçün ayrılmış pulları mənimsəyib.
Araşdırmalara görə, keçmiş icra başçısı hər il vəzifədə olan şəxsləri işində saxlamaq üçün rüşvət tələb edirdi.
Hazırda icra hakimiyyətində çalışan vəzifəli şəxslərin bildirdiyinə görə, Raqub Məmmədovun yeyintisi ilə bağlı araşdırmalar yukunlaşmaq üzrədi.
Ağdama yeni icra başçısının təyin edilməməsinin səbəbi də, aparılan araşdırma və yeyintinin həcminin tam dəqiq bilinməməsidir.
Bu dəqiqələrdə Faktaz.com un etibarlı mənbədən əldə etdiyi məlumata görə araşdırmalar yekunlaşmış və sabiq icra başçısı Raqub Məmmədov həbs edilmişdir.
Məlumatda həmçinin qeyd olunur ki, DTX də işləyən kürəkəni də tutduğu vəzifədən azad edilib.
Yaxın saatlarda faktla bağlı daha dolğun məlumat verəcəyik.
faktaz.org
Geri qayıtAğdam rayon icra hakimiyyətində çalışan şəxslərdən aldığı məlumata əsasən, Raqub Məmmədovun işdən azad edilməsinə səbəb yeyinti olmuşdur.