Ramil Usubov yeni rəis təyin etdi - ƏMR

Ramil Usubov yeni rəis təyin etdi - ƏMR Dövlət Yol Polisi sistemində rəhbər vəzifəyə yeni təyinat olub.
Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə polis-kapitanı Əsədov Fizuli Paşa oğlu təyin olunub. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Qeyd edək ki, Fizuli Əsədov indiyə kimi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında tağım komandiri vəzifəsində çalışıb.
Geri qayıt