AZAL Prezidentinin xanımı bankın tək sahibi olur

Bu barədə “Turan” məlumat yayıb.
Məlumatda bildirilir ki, “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın “Bank Silk Way”dəki payı 69,7%-dən 84,5%-ə yüksəlib.
Bankın yarım illik hesabatına əsasən “VIP Aviasiya Xidmətləri Şirkəti” MMC-nin payı 30%-dən 15,2%-dək azalıb. Elvira İsmayıl qızı Əhmədova səhmdarlar sırasına daxil olub (0,3%).
“AzPolitika.info” qeyd edir ki, «Bank Silk Way» ASC 2016-cı il üzrə maliyyə hesabatını açıqlayrkən Zərifə Həmzəyeva bankın əsas səhmdarına çevrildiyi məlum olmuşdu. Hesabatdan görünürdü ki, son iki ildə səhmdarlar daim olaraq dəyişib. «Silk Vey Aviaşirkəti» MMC 2015-ci ildə səhmlərini üç fiziki şəxsə satdıqdan sonra bankın səhmləri onların arasında müəyyən nisbətdə bölünübmüş.
1caMənbə: «Bank Silk Way» ASC-nin maliyyə hesabatı. 2016-cı il
Ancaq 2016-cı ildə isə səhmdarlar, ən azı, iki dəfə dəyişib. Hesabatdan göründüyü kimi, səhmdarların sayı yenə də üçdür, amma bu dəfə onların arasında bir şirkət də var.
2caMənbə: «Bank Silk Way» ASC-nin maliyyə hesabatı. 5 may 2017-ci il
Qeyd edək ki, hazırda Bankın nəzarət paketinin böyük hissəsinə sahib olan Xanım Həmzəyeva «Azərbaycan Hava Yolları» QSC-nin prezidenti Cahangir Əsgərovun həyat yoldaş olmaqla yanaşı,«Gazelli Group» MMC-nin prezidentidir. .


