Adnan Oktarın Azərbaycandakı imamı ilə bağlı ŞOK FAKTLAR: gənc qızları...

Adnan Oktarın Azərbaycandakı imamı ilə bağlı ŞOK FAKTLAR: gənc qızları... “Mənəvi Gənclər İnkişafı" İctimai Birliyinin təsisçiləri Ramiq Vəliyevin və onun xanımı Aysel Vəliyevanın Adnan Oktarın Azərbaycandakı imamı və müridləri olduğu irəli sürülüb. İddia olunur ki, bu şəxslər Adnan Oktarın əmirlərini yerinə yetirib. Teref.info-nun saytında yazılanlara görə, “Mənəvi Gənclər İnkişafı İctimai Birliyi” Adnan Oktar təşkilatına aiddir.
“Mənəvi Gənclər İnkişafı" İctimai Birliyinin sözcüləri olan Ləmən Piriyeva və əri Ramil Rüstəmov da ittiham olunanlar sırasındadır. Onların Azərbaycanda gənc qızları aldadaraq Türkiyəyə aparıb Adanan Oktara təhvil verdiyi deyilir.
Publika.az məsələ ilə bağlı “Mənəvi Gənclər İnkişafı İctimai Birliyi”nin təsisçisi və rəhbəri Ramiq Vəliyevlə əlaqə saxlayaraq onun fikirlərini öyrənməyə çalışıb. O, sualımızı ətraflı şəkildə dinləsə də, cavab verməkdən imtina etdi
Adlarını çəkdiyimiz şəxslərin Əməkdar artist Tünzalə Ağayeva ilə birlikdə fotosunun olması da xüsusi diqqət çəkən məqamlardandır. Bəziləri bu faktdan çıxış edərək Tünzalə Ağayevanın da onlarla əlaqəsinin olduğunu iddia edib. Lakin müğənninin mətbuat katibi bu iddianı birmənalı olaraq rədd edib.
Belə ki, T.Ağayevanın meneceri və mətbuat katibi Yalçın Cabbarov Tünzalə Ağayevanın hazırda istirahətdə olduğunu və sözügedən fotonun bir neçə il əvvəl gənclər təşkilatının verdiyi iftar süfrəsində çəkildiyini bildirib:
“Təşkilatın üzvləri ilə şəxsən yaxın deyilik. Foto tədbirlərin birində çəkilib. Bu 20 ildə bəlkə də 100 min adam Tünzalə xanımla şəkil çəkdirib. Bu da onlardan biridir. Və bu, o demək deyil ki, Tünzalə Ağayeva onların hamısını tanıyır və nə işlə məşğul olduqlarını bilir. Biz nə bilək ki, nə olacaq”.
Mövzu ilə əlaqədar olaraq Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovunmünasibətini də öyrəndik.
O, “Harun Yahya” adı ilə məşhurlaşan ilahiyyatçı Adnan Oktarın Azərbaycandakı tərəfdarları ilə bağlı bunları deyib: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən dini iclmaların təsisçiləri arasında o qrupun üzvləri və təəssübkeşləri yoxdur”.
G.İsmayılov Adnan Oktarın Azərbaycandakı tərəfdarları ilə bağlı əlavə suallara cavab verməyib.
Qeyd edək ki, Türkiyədə “Harun Yahy”a adı ilə tanınan və özünü ilahiyyatçı adlandıran Adnan Oktar iyulun 11-də 234 tərəfdarı ilə birlikdə saxlanılıb.
Məlumata əsasən, A.Oktara qarşı cinayət törətmək məqsədilə təşkilat qurmaq, uşaqların cinsi istismarı, seksual xarakterli hücum, azyaşlılarla seksual münasibət, uşağın qaçırılması və ya saxlanması ilə təcavüz, şantaj, insanları öz iradəsinə qarşı olaraq saxlama, siyasi və hərbi casusluq, dini inam və duyğuların istismar edilməsi ilə dələduzluq, sənəd saxtakarlığı, təhdid, insanları hərbi xidmətdən soyutmaq, rüşvət və digər ittihamlar irəli sürülüb.
Adnan Oktarın Azərbaycandakı imamı ilə bağlı ŞOK FAKTLAR: gənc qızları...
Adnan Oktarın Azərbaycandakı imamı ilə bağlı ŞOK FAKTLAR: gənc qızları...
Adnan Oktarın Azərbaycandakı imamı ilə bağlı ŞOK FAKTLAR: gənc qızları...
Adnan Oktarın Azərbaycandakı imamı ilə bağlı ŞOK FAKTLAR: gənc qızları...
Geri qayıt