“Son nəfəsinə kimi həkimlər bir damla da su vermədilər” - Fotolar

“Son nəfəsinə kimi həkimlər bir damla da su vermədilər” - Fotolar “Yer üzünə belə insan gəlmişdi? Nə mal-dövlətdə, nə bir şeydə gözü var idi”.

Bu sözləri dünən vəfat edən jurnalist Zabil Müqabiloğlunun yaxınları Savalanda nənəsinin evində vida mərasimində deyiblər.

Mərhumun bacısı qardaşının vaxtsız ölümünü qəbul edə bilmədiyini bildirib:

“Deyir ki, qulağı eşidə-eşidə həkimlər yanında 7 gün ömrü qaldığını deyiblər. Hələ bilmirik, başqa nə deyiblər. Nə yaxşı anam ölüb, bu günləri görmədi. 38 yaş nədir ki?!”

Zabil Müqabiloğlunun bacısı qeyd edib ki, jurnalist son nəfəsinə kimi su istəsə də, həkimlər ona bir damla da su verməyiblər.

Zabil Müqabiloğlu ilə vida mərasiminə qohumları, qələm dostları, yazarlar qatılıblar.

“Son nəfəsinə kimi həkimlər bir damla da su vermədilər” - Fotolar
“Son nəfəsinə kimi həkimlər bir damla da su vermədilər” - Fotolar
“Son nəfəsinə kimi həkimlər bir damla da su vermədilər” - Fotolar
Geri qayıt