Süleyman Mikayılov və Alimpaşa Məmmədov haqqında bilmədikləriniz ŞOK

Süleyman Mikayılov və Alimpaşa Məmmədov haqqında bilmədikləriniz ŞOK Qaradağ RİH-nin başçısı Süleyman Mikayılov və Şəmkir RİH-nin başçısı Alimpaşa Məmmədov haqda dosye.org-a maraqlı məlumatlar daxil olub.

Xatırladaq ki, bir zamanlar Vergilər Nazirliyində şöbə müdür vəzifəsində çalışan Süleyman Mikayılovun müavini məhz Alimpaşa Məmmədov olduğu bildirilir. Etibarlı mənbədən daxil olan məlumatlara görə, “çakır” ləqəbli S. Mikayılov A. Məmmədov tərəfindən bərk təhqir olunub. Belə ki, aralarında yaranan mübahisə zamanı A. Məmmədov əsəbi halda S. Mikayılovun kabinetinə daxil olarkən onun yaxasından yapışaraq “Çıx cəhənnəm ol burdan” deyə üz nahiyəsinə zərbə endirib.
Onuda nəzərinizə çatdıraq ki, S. Mikayılov Fövqalada Hallar Naziri Kamaləddin Heydərovun, A. Məmmədov isə eks-nazir Fazil Məmmədovun kurasiyasında olduğu heç kimə sir deyildi. Bir müddət keçdikdən sonra “çakır” ləqəbli S. Mikayılov Yardımlı rayonuna icra başçısı təyin edilir. Elə həmin ərəfədə A. Məmmədov Lənkəran 6 saylı Ərazi Vergilər İdarəsinin direktoru işləyirmiş. Bütün bunlara baxmayaraq qarşıdurma səngimək bilmir. Məlumatlarda daha sonra vurğulanır ki, hal-hazırda Şəmkir RİH-nin başçısı Alimpaşa Məmmədov qoşa nağara ifaçısı və “Sənsən mənim dilbərim bəri bax” mahnısının mahir ifaçısı imiş. S. Mikayılov Lənkərana icra başçısı təyin edildikdən sonra A. Məmmədovun ulduzu sönməyə başlayır. Və ən yaxın adamına deyir ki, gərək gedəm Salyana mikrafonumu təmir etdirim. Çakır məndən qısas alacaq.
Bəli, A. Məmmədovun düşündükləri reallaşmağa başlayır. Günlərin birində Lənkəran RİH-nin başçısı Süleyman Mikayılov 6 saylı Ərazi Vergilər İdarəsinin divarlarına Alimpaşa Məmmədovun ünvanına təhqir dolu söyüşlər yazdırmağı göstəriş verir. Baş verən hadisələri həzm edə bilməyən nağara ifaçısı A. Məmmədov o zamanlar Vegilər Naziri Fazil Məmmədova məlumat verir. Ardı var. Bizi izləməyi unutmayın...

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org
Geri qayıt