Bakıda biabırçılıq: Maşını park etmək həm olar, həm də olmaz - FOTO

Bakıda biabırçılıq: Maşını park etmək həm olar, həm də olmaz - FOTO Bakıda yol hərəkətinin təşkili ilə bağlı daha bir biabırçı fakt ortaya çıxıb.

Oxucuların göndərdiyi fotodan da göründüyü kimi, Dilarə Əliyeva küçəsində qoyulan yol nişanları arasında ziddiyət var. Belə ki, nişanlardan biri burada dayanma-durmanı qadağan edir. Digəri isə burada avtomobillərin səkiyə paralel şəkildə park edilməsinə icazə verir.

Sürücülər belə halda dayanma-durma qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilə bilməzlər. Çünki bu dərəcədə aşkar ziddiyət heç bir halda sürücünün cərimələnməsi ilə nəticələnməməlidir. Həmin nişanlardan biri dərhal götürülməlidir və götürüldü də. Avtosfer.az məsələ ilə bağlı Bakı şəhər DYP-yə müraciət edəndən sonra dərhal araşdırma aparıldı. Məlum oldu ki, orada dayanma-durmanı qadağan edən nişan çoxdan var. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşları qanunsuz olaraq parklanmaya icazə verən nişan da quraşdırıblar. Ərazidə parkomat olmadığı üçün nişanın ora nə məqsədlə qoyulduğu məlum deyil. DYP əməkdaşları dünən gecə parklanma nişanını oradan götürüblər.

Avtosfer.az

Bakıda biabırçılıq: Maşını park etmək həm olar, həm də olmaz - FOTO
Bakıda biabırçılıq: Maşını park etmək həm olar, həm də olmaz - FOTO
Geri qayıt